Hamiləlikdə Gələn Bu Rəng Axıntının Səbəbi... MÜTLƏQ İZLƏYİN!
Ginekoloq Rəşad Sultan Ginekoloq Rəşad Sultan
73.9K subscribers
21,265 views
384

 Published On May 6, 2022

№#ginekoloq #Rəşad #Hamilə
Uzman Dr. Rəşad Sultan
Facebook:   / uzm.dr.resadsultan  
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: (+994) 51-717-55-15

Hamiləlik – əsl kəşflər dövrüdür. Təəssüf ki, onların hamısı xoşagələn olmur. Tez-tez hamilə qadınlar qəhvəyi axıntı ilə rastlaşır. Belə ifrazata diqqət yetirməmək olmaz – əksər hallarda bu cür axıntı hansısa xəstəliyin inkişaf etməsindən xəbər verir. Hamiləlik vaxtı qəhvəyi axıntının səbəbləri nədir? Ən çox rast gəlinən vəziyyətlər barədə sizə məlumat verməyə çalışacağıq.

Adətən qəhvəyi axıntı hamiləliyin pozulma riskinin yuxarı olmasından xəbər verir, buna görə də, həkimə vaxtında müraciət etmək hamiləliyin qalma şansını artırır.
Hamiləlikdə qəhvəyi axıntının növləri
Hamiləliyin erkən dövrlərində qəhvəyi axıntı
Əgər hamiləliyin erkən dövrlərində qəhvəyi axıntıdan söhbət gedirsə, çox güman ki, qadın orqanizmi uşaqlıq boynunda qalmış qandan azad olmağa çalışır. Başqa səbəb də ola bilər, məhz uşaqlıq boynunun həssaslığının yüksək olmasından – nəticədə transvaginal USM və cinsi əlaqədən sonra az miqdarda qəhvəyi axıntı ola bilər. Adətən, o, bir neçə gün ərzində özbaşına keçib gedir. Bu halda müalicə tələb olunmur.

Açıq-qəhvəyi axıntı
Açıq -qəhvəyi ifrazat insanın papilloma virusunun və ya başqa infeksiyaların simptomu ola bilər. Əgər zöhrəvi xəstəliklərdən şübhələnirsinizsə, dərhal yaxma götürülməlidir – gecikdirmək olmaz, özünüzün və uşağınızın həyatını təhlükəyə ata bilərsiniz.

Sarı-qəhvəyi axıntı
Əgər hamiləlik zamanı ifrazat sarı-qəhvəyi rəngdədirsə, bu da uşaqlıq yolunda infeksiya olmasının əlamətlərindən biridir. Əgər yaxmada infeksiya çıxmazsa, sarımtıl-qəhvəyi axıntının səbəbi kiçik çanaq orqanlarının iltihabı – salpingit və ya adneksit ola bilər.

Tünd-qəhvəyi axıntı
Tünd-qəhvəyi ifrazat implantasion qanaxmaya görə də ola bilər, hansı ki, sonuncu aybaşıdan bir ay və ya mayalanmadan iki həftə sonra müşahidə olunur. Bu, normal haldır və heç bir müalicə tələb eləmir.

Amma, tünd-qəhvəyi ifrazat molyar hamiləlikdə də ola bilər, hansı ki, embrionun düzgün inkişaf etməməsi səbəbindən inkişaf edir.

Yaxmaşəkilli qəhvəyi ifrazat
Əgər qəhvəyi ləkə yaxmaşəkillidirsə – bu halda uşaqlıqdankənar hamiləlikdən şübhələnmək olar. Bu, təhlükəli vəziyyətdir və hər bir halda hamiləlik pozulmalıdır.

Qırmızı-qəhvəyi axıntı
Qırmızı-qəhvəyi rəngli ifrazat da təhlükəlidir. Beləki, çox vaxt açılış təhlükəsinin əlaməti olur. Qırmızı rəng adətən döl yumurtasının uşaqlıq divarından soyulmasını göstərir. Əgər belə ifrazat qarnın aşağısında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə ilə müşayiət olunursa, təcili surətdə həkimlə əlaqəyə girib xəstəxanaya getmək lazımdır.

Qəhvəyi rəngli ləkə
Qəhvəyi rəngli ləkə qadın orqanizmində gedən hormonal disbalans nəticəsində ola bilər və adətən progestron çatmamazlığını göstərir. Bu səbəbdən qanda progesteronu təyin etmək çox vacibdir. Çox güman ki, analizin nəticələrilə tanış olduqdan sonra həkim sizə Düfaston preparatı təyin edəcək. Qorxuya düşüb özünümüalicə ilə məşğul olmaq olmaz – bütün hormonal preparatları yalnız müalicə həkimi seçməlidir.

Selikli-qəhvəyi axıntı
Əgər qadının daxili cinsiyyət orqanları çox həssas olarsa, cinsi əlaqədən sonra selikli-qəhvəyi axıntı ola bilər.

Çəhrayı-qəhvəyi axıntı
Çəhrayı-qəhvəyi rəngli ifrazat uşaqlıq boşluğunda gizli qanın olmasını göstərə bilər. Əgər bu cür ifrazat intensiv olarsa, təcili şəkildə müalicə həkiminizlə əlaqə saxlamalısınız.
daha ətraflı videoda...
#Doğuş
#Doğum
#TəbiiDoğuş
#Keysəriyyə
#Qeysəriyyə
#Ginekoloq
#DoğumHəkimi
#Sancı
#Hamiləlik
#Doğmaq
#Vaginal
#Cırıq
#Yırtıq
#Hamilə
#Döl
#Gücənmə
#Mayalanma
#SüniMayalanma
#Abort
#Uşaqlıq
#Yumurtalıq
#YaxşıDoğum
#QızlıqPərdəsi
#Qızlıq
#CinsiƏlaqə
#Cinsi
#VaginalQaşıntı
#Axıntı
#Qaşınma
#Qoxu
#İnfeksiyaQadınXəstəlikləri
#Aybaşı
#Qan
#Dogusdan sonra hamile qalmaq olar
#keyseriyyeemeliyyatindansonrahamilelik
#sudverenanahamileqalabilermi
#sudverenanaaybasiolmursa
#Aybasizamanihamileqalmaqolarmi
#Tezhamileqalmaqucunneetmeli
#aybasizamanicinsiəlaqə
#dogusdansonraaybasipozgunlugu
#dogusdanonraaybasineceolur
#dogusdansonraaybasiolmaq
#dogusdansonraaybasigecikmesi
#dogusdansonraaybasiolmamaq
#Sudverenanahamileqalarsaelametleri
#Aybasilmadanhamileqalmaqolarmi
#doğumdansonraaybasinevaxtolur
#doğuşdansonraaybaşı
#Doğuşdansonraaybaşınınbərpası
#Doğumsonrasıkanama
#doğumsonrasıkanamarengi
#sudverenanaaybasiolurmu
#sudverenanaaybasiolurmu

show more

Share/Embed