Published On Premiered Feb 24, 2020
Aqsin Fateh & Vefa Serifova - Şekillerde Gulen Qadin (Official Video)
Söz/Mus: Aqşin Fateh
Aranjıman: Farshid Milani
Rejissor: Aqşin Fateh
Operator: Ramin Asimoğlu
Montaj: Rahid Bayramlı
Prodüser: Elcan Məmmədli
Baş rol aktiyor: Rəhman Lətifov
Aqsin Fateh kanalına abunə olmaq üçün bu linkə daxil olun: http://wedia.link/VL9op
''Şekillerde Gulen Qadin'' Mahni :
Şəkillərdə gülən qadın
Həqiqətdə gülmür üzün
Elə qırılıb qol qanadın
Tək qalanda dolur gözün
Toxunur saçlarına
Xəyanətin pıçıltısı
Üşüdür kürəyini
Bu ehtiras qırıntısı
Bir gün düzələr deyib
Gözləməyin yorur səni
Daha xoşbəxt eləmir
O daş qaşın parıltısı
Dərdi olan gözəl gülürmüş
Sirrini daş divar bilirmiş
Gecələr evdə tək qalanda
Sirrini o ayla bölürmüş
Nəq:
Şəkillərdə gülən qadın
Həqiqətdə gülmür üzün
Elə qırılıb qol qanadın
Tək qalanda dolur gözün
Şəkillərdə gülən qadın
Gülüşünü kim oğurladı
Bir zaman sevilən qadın
Ürəyivi kim parçaladı
Bir zaman sevilən qadın
Sən onu bağışladığca
O yenə səhf elədi
O qalan qüruruvu
Tapdaladı məhv elədi
Bu bənzəyir nağıla
Sarayda şəhzadə olan
Qul olub sevgisinə
Cəlladını əhf elədi
Qadın istər sığına
Bir adamın kölgəsinə
Ola sadiq ölənəcən
Yaşanan sevgisinə
Mən isə bir dediyim
Min dəfə ağlatdı məni
Özüm kimi sandığım
Satdı məni özgəsinə
Mən ona ürəyimi verdim
O mənə qüssə kədər
Mən ona ömrümü verdim
O mənə acı zəhər
Mən ona duyğu dolu
Anlarımı bəxş elədim
O mənə təkliyimi
Yoxluğunu qoydu əsər
Gizlədərək özgələrinnən
Oyna sınığ güzgülərinnən
Onun əlləri yad belində
Səndə seviş kölgələrinnən
#AqsinFateh #VefaSerifova #SekillerdeGulenQadin