Astan Band(L-Win)-Bagisla
ASTAN BAND ASTAN BAND
186 subscribers
642 views
16

 Published On Jun 5, 2024

Astan Rock Band 2024-cü ildə Azərbaycanda yaradılmışdır. Qrup bütün janrlarda mahnılar yazaraq ifa etməkdədir.

Sözlər: Yaqub Sədiyarov

Nəqarət
Bağışla! Bəlkə səni qoruyub saxlaya da bilmədim,
Gözlərinə uzun uzadı baxdım amma dinmədim
Hər addım bir boşluğa,
Gözlərimə çökən qaranlığa gücüm çatmır,
Tək sənin gözlərin məni aldatmır

Bənd 1
Payız,
Yarpaqlar tökülür gözümnən axan yaşlar kimi
Son baharda köçüb gedənlər kimi
Sən də yolçu və gedirsən,
Ya da qalacaqsan,
Bir siqaret tüstüsü kimi,
Havaya qarışıb yox olacaqsan!

Nəqarət
Bağışla! Bəlkə səni qoruyub saxlaya da bilmədim,
Gözlərinə uzun uzadı baxdım amma dinmədim
Hər addım bir boşluğa,
Gözlərimə çökən qaranlığa gücüm çatmır,
Tək sənin gözlərin məni aldatmır

Bənd 2
Nə sevinc nə kədər bizim deyil,
Axı bizə nə qalar bu həyatda tənhalıqdan başqa,
Dekabr, parklarda boş skamyalar,
İlk qar həsrətində qəlbim dayanar,
Soyuq gecələrdə çarəsiz addımlar,
Şəhəri tərk etmək arzusunda.

Nəqarət
Bağışla! Bəlkə səni qoruyub saxlaya da bilmədim,
Gözlərinə uzun uzadı baxdım amma dinmədim
Hər addım bir boşluğa,
Gözlərimə çökən qaranlığa gücüm çatmır,
Tək sənin gözlərin məni aldatmır
---------------------------
Video made in: https://vizzy.io
---------------------------
#astan #band

show more

Share/Embed