Hacı Şahin - Allaha yaxın olmaq üçün çox möhtəşəm tövsiyələr
ISLAM TV Official ISLAM TV Official
247K subscribers
55,319 views
1.5K

 Published On Jan 4, 2024

Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin

✅ Rəsmi İnstagram linkimiz:   / islam_tv_official  

Hacı Şahin - Allaha yaxın olmaq üçün çox möhtəşəm tövsiyələr

Hər bir möminin bu həyatdakı məqsədi - İlahi qürb məqamına çatmaqdır. Allaha çatmağın ən yaxın yolları - həmin o yollardır ki, Özü bəyan etmişdir. Bu yollar ilə tanış olaq:

1. Allaha itaət etmək. Ubudiyyət və uluhiyyət - Allahın müqəddəs zatına məxsusdur. Mömin insan gərək hər cür bütpərəstlikdən uzaq olsun. Bütün işlərini ancaq Allah üçün yerinə yetirsin. İmam Əli (ə) buyurur: "Ən yaxşı şey ki, onun vasitəsilə Allaha yaxın olmaq olar - Allaha və Peyğəmbərə (s) iman bəsləməkdir".

2. Allah yolunda mübarizə aparmaq. Allaha yaxınlaşmağın ikinci yolu - Allah yolunda mücahidədir. Mücahidə - İslamın ən uca qalasıdır. Allah yolunda cihad etmək sayəsində İslam ayaqda durar və inkişaf edər.

3. Vacibatları yerinə yetirmək. İmam Əlinin (ə) nəzərinə görə, Allaha yaxınlaşmağın başqa bir yolu vacibatları yerinə yetirməkdir. Həzrətin (ə) nəzərinə görə, namaz qılmaq - dinin həqiqətidir. İnsan namaz vasitəsilə Allaha yaxınlaşa bilər.

Əlbəttə, vacibatlar deyildikdə, təkcə namaz nəzərdə tutulmur, başqa vacib əməllər də nəzərdə tutulur.

4. Günahın ziyanları barəsində təfəkkür etmək. Əgər insan günahın dünya və axirət ziyanları barəsində təfəkkür etsə, başa düşər ki, əgər Allaha yaxın olmaq istəyirsə, gərək günahdan uzaq olsun.

5. Səcdə. Allaha yaxın olmağın vasitələrindən biri də səcdədir. Qurani-Kərim buyurur ki, səcdə et və Allaha yaxın ol.

Uca Allah Həzrət Peyğəmbərə (s) buyurur ki, "bilirsənmi ki, nə zaman bəndə Mənə yaxın olur?". Həzrət (s) buyurur ki, xeyr. Allah Təala buyurur: "O zaman ki, acdır və ya səcdə halındadır".

6. İxlas. Muxlislər ali dərəcəyə çatmış insanlardır ki, özlərini Allahdan qeyrisindən pak etmişdilər. Onların bütün əməlləri Allaha aiddir. Elmlərini - Allahın elmi, həyatlarını - Allahın həyatı, qüdrətlərini - Allahın qüdrəti bilirlər. Malik olduqları hər şeyi Allahdan bilirlər.

7. Müstəhəbləri yerinə yetirmək. Müstəhəb əməllər insanı Allaha yaxınlaşdırar. Allahın məhəbbətinə səbəb olar.

8. Əhli-Beytə (ə) məhəbbət göstərmək. Əhli-Beyti (ə) sevən insanı Allah da sevər. Heç kəs kamal qalasına bu sevgi olmadan çata bilməz. Qiyamət günü insandan soruşulan dörd sualdan biri - məhz Əhli-Beyt (ə) sevgisi olacaqdır. (Beytutə)

Allah Təala bizləri, Ona yaxın olanlardan qərar versin!

✅ Rəsmi Facebook səhifəsi:   / hacishahinhasanli  
✅ Rəsmi Instagram səhifəsi:   / hacishahinhesenli  
✅ Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol :    / @hacishahin  


Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram

● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.

#hacışahin #islamtv

©ISLAM TV Official Müəllif hüquqları qorunur

🔔Abunə ol :    / @islam_tv_official1  

show more

Share/Embed