Qardaşımın sevdiyi qız ona elə söz dedi ki... | Şəhid Səbuhinin qardaşı xatirələrindən danışdı
Baku TV Baku TV
1.16M subscribers
56,297 views
1.6K

 Published On Premiered Sep 5, 2024

Qardaşımın sevdiyi qız ona elə söz dedi ki... | Şəhid Səbuhinin qardaşı xatirələrindən danışdı

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olan şəhid Səbuhi Əhmədov haqqında reportaj efirə gedib.
Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.
O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin qardaşı Sənan Əhmədov Səbuhi ilə bağlı xatirələrindən danışıb. O, qardaşı ilə “SOS Uşaq Kəndləri”ndə böyüdüyünü deyib:
“18 yaşımda hərbi xidmətə getdim. Mən gələndən sonra qardaşım hərbi xidmətə yollandı. Günümüz istər məktəb, istər tələbəlik illərində başqa uşaqların xoşbəxtliyinə baxmaqla keçib. Uşaq evində böyüyən uşaqlar üçün reallıq budur. Özümüzə bir yuva qurmaq istəyirdik. Mən onu özəl iş yerlərində qura bildim. Qardaşım isə hərbidə hərbçilərlə həmin ailə bağını qurmuşdu. Bizim həmişə bir sözümüz var idi ki, bir-birimizdən başqa kimsəmiz yoxdur. Bu söz bizə təsəlli idi”.
Sənan Əhmədov qardaşının özünü çirkin hesab etdiyini söyləyib: “Zəmanəmizin bəzi qızlarının tələblərinə uyğun deyildi. Qardaş olaraq ananın vəzifəsini yerinə yetirib, yeddi qapıya getdim. Gedirdim, deyirdilər ki, evin var? Səbuhinin bir sevdiyi olub, onda da elə bir şey oldu ki, qardaşım özündən utandı. Gəldi yanıma, dedi ki, bizim niyə belə həyatımız var? Gördüm ki, ağlayır, heç nə demədi. Sonradan qrup yoldaşlarından eşitdim ki, sevdiyi qıza ondan xoşu gəldiyini deyib. Qız isə “Yetim uşaqsan, mənim sənə yazığım gəlir deyə belə xoş davranıram” deyib”.
Sənan Əhmədov qardaşının dəfn olunduğu gündən də bəhs edib: “Qardaşımı torpağa tapşırana kimi donub qalmışdım. İndi qəbir üstünə oturub, rahat ağlaya bilirəm. Ürəyim buz kəsmişdi, gözlərimdən 1 damla yaş gəlmirdi. Ürəyim partlayırdı, ağlamaq istəyirdim. Birinci dəfə idi ki, qardaşımı qucaqlayanda heç nə hiss etmirdim”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm...

https://t.me/bakutvxeber
  / baku.tv  
  / bakutvofficial  
https://www.baku.tv

ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI  

QAPQARA ➧    • QAPQARA  

AYDIN TARİX ➧    • AYDIN TARİX  

ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?  

O VAXTLAR ➧    • O VAXTLAR  

SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD  

BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK  

BAKU MED ➧    • BAKU MED  

RƏSMİLƏR ➧    • RƏSMİLƏR  

BAKU AKTUAL ➧    • BAKU AKTUAL  

RETRO BAKU ➧    • RETRO BAKU  

ARAŞDIRMA ➧    • ARAŞDIRMA  

44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA  

QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI  

QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI  

Qardaşımın sevdiyi qız ona elə söz dedi ki... | Şəhid Səbuhinin qardaşı xatirələrindən danışdı

2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™






#bakutv #şəhid #səbuhi #səbuhiəhmədov #müharibə #gizirəhmədov #gizirsəbuhi #şəhidsəbuhi #uşaqevi #sənanəhmədov #şəhidqardaşı #həyathekayəsi #şəhidsəbuhiəhmədov







00:00 - Giriş
00:15 - Günümüz başqa uşaqların xoşbəxtliyinə baxmaqla keçib
02:50 - İnsanlar üçün müqəddəs bayramlar bizim üçün çox qorxunc bir şeydir
05:21 - Qardaşımın sevdiyi qız ona elə söz dedi ki...
08:50 - Yuxumda gördüklərimi yozanda gördüm ki, deyir, bir yaxınınızı tezliklə itirəcəksiniz
10:27 - Qardaşım öləndə donub qalmışdım, hələ indi qəbirüstünə gedəndə ağlaya bilirəm

show more

Share/Embed