Kartof dolması / kartoflu yemek / pureden dolma
Food Engineer Food Engineer
2.09K subscribers
5,887 views
104

 Published On Sep 22, 2022

Hərkəsə Salam. Kanalıma xoş gəlmisiniz. Kanala abunə olub videonu bəyənib və fikirlərinizi bölüşməyi unutmayın))
Fərqli reseptleri sevirsinizsə mütləq kanalıma göz atın.


Kartof Dolması

Tərkibi:
-Kartof -800 qr
Kərə yağı 1 y/q
-Un - 1 y/q
Yumurta 1 ədəd
-Duz, istiot


İçlik üçün:
Zeytun yağı
-Qiymə - 250 qr
-Soğan - 150 qr
-Duz, istiot

Üzəri üçün:
-Un
-Yumurta
-Suxarı


Hazırlanması:
1. Kartof soyulub doğranılır və qaynadılaraq bişirilir.
2. Bişirilmiş kartofun suyu süzülür və əzilir. Kərə yağı əlavə edilib əzilməyə davam edilir.
3. Biraz soyudulmuş pürenin üzərinə un, yumurta, duz və istiot əlavə edilib qarışdırılır.

4. İçlik üçün tava isidilir və zeytun yağı əlavə edilir.
5. Qiymə əlavə edilərək biraz qovrulur. Daha sonra xırdalanmış soğan əlavə edilib bişirilir.
6. Duz və istiot əlavə edilir.


Hazırlanmış püredən biraz götürülüb ovuc içərisində biraz yayılır.
Daha sonra qovrulmuş qiymədən qoyulub bükülür.
Öncə una, sonra yumurtaya, daha sonra isə suxarıya bulanır.
Qızğın yağ içərisində qızardılır.


Hazırlanmış dolmaları dondurucuda donduraraqda saxlamaq mümkündür.

show more

Share/Embed