Mənə kömək et. Necə səbr edim? - Hacı Şahin - Səbr etməyi öyrənin...
ISLAM TV Official ISLAM TV Official
247K subscribers
247,392 views
5.2K

 Published On Oct 11, 2022

🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - https://bit.ly/2uR7dZv

✏️Mənə kömək et. Necə səbr edim? - Hacı Şahin - Səbr etməyi öyrənin...


İnsan: Bəzən dünya həyatındakı çətinlik və müsibət belimi bükür, məni bu mübarizədə aciz buraxır.

Quran: “Neçə-neçə peyğəmbərlər gəlib-getmiş və rəbbanilərlə birlikdə (düş-mənlə) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri mü¬sibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (düşmənə) bo¬yun əymişlər. Allah belə səbir edənləri sevər!” (“Ali-İmran” surəsi, 146)

İnsan: Yəni, səbr etsəm Allah məni sevər?

Quran: “Allah səbr edənləri sevir!” (Ali İmran surəsi, 146)

İnsan: Səbr etsəm əvəzində mənə nə veriləcək?

Quran: “Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” (Nəhl surəsi, 96)

İnsan: Mükafat?

Quran: “Yalnız səbr edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir.” (Zumər surəsi, 10)

İnsan: Bu mükafat nədir?

Quran: “Və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər.” (İnsan surəsi, 12)

İnsan: Təkcə Cənnət?

Quran: “Səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir...” (Qasas surəsi, 54)

İnsan: Başqa bir mükafatda varmı?

Quran: “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad surəsi, 23-24)

İnsan: Bəzən Allahın mənə verdiyi nemətlər əlimdən çıxır, bir sıra bəlalar sorağıma gəlir. Yenə də səbr edim?

Quran: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 155)

İnsan: Axı, bu bəlalar bəzən məni səbrdən çıxarır...

Quran: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun...” (“Ali İmran” surəsi 200)

İnsan: Necə səbr edim?

Quran: “Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et!” (“Əhqaf” surəsi, 35)

İnsan: Hansı elçi?

Quran: “Həqiqətən, Biz onu (Əyyubu) səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı”. (“Sad” surəsi, 44)

İnsan: Əgər səbr etməsəm Allah məni sevməz?

Quran: “Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa!” (Əsr surəsi, 1-3)

İnsan: Mənə kömək et. Necə səbr edim?

Quran: “Ey iman gətirənlər! Səbr və namaz ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. (“Bəqərə” surəsi, 153)




✅ Rəsmi İnstagram linkimiz: https://bit.ly/39BPBD0


✅ Kanala ABUNƏ ol: http://bit.ly/HaciShahin
✅ Rəsmi Veb-səhifəsi: http://www.hacishahin.az/
✅ Rəsmi Facebook səhifəsi:   / hacishahinha.  .
✅ Rəsmi Instagram səhifəsi:   / hacishahinh.  .
✅ Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol - https://bit.ly/2LnaLx0


✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram

● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.

✆Admin Whatsapp +994-070-878-72-62

✅ISLAM TV Official

🔔Abunə ol https://bit.ly/2uR7dZv

show more

Share/Embed