Seyyid Peyman - Oxşamalar
Seyyid Peyman Seyyid Peyman
22.6K subscribers
11,919 views
448

 Published On Premiered Jul 6, 2024

Seyyid Peyman - Oxşamalar
Söz : Bayatılar
Mus : Seyyid Peyman Boradigahi
Aranj : Dönməz Nuri

Naçaram ay naçaram
Dərd əlindən qaçaram
Sən üçün darıxanda
Boş otağın açaram

Aman amana qaldı
Halım yamana qaldı
Bir də səni görməyim
Axır zamana qaldı

Karvan yola düzülüb
Xumar gözlər süzülüb
Necə mən ağlamayım
Əlim səndən üzülüb

Dağlara çən düşəndə
Gül üstə dən düşəndə
Yana-yana ağlaram
Yadıma sən düşəndə

Ağlayan başdan ağlar
Kiprikdən qaşdan ağlar
Əzizi ölən insan
Durar o başdan ağlar

Qəmsizlər ağlamazlar
Yaranı dağlamazlar
Deyirlər qərib ölsə
Gözlərin bağlamazlar

Facebook 👇
  / seyyid-peyman-boradigahi  

instagram 👇
  / seyyidpeymanboradigahi  

Tiktok 👇
  / seyyid_peyman  

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

#SeyyidPeymanBoradigahi #Oxsamalar #SeyyidPeyman

show more

Share/Embed