Hamının evində olan bu bitkinin faydasını 90% İnsan bilmir
Demədi Demə Demədi Demə
976K subscribers
81,820 views
3.8K

 Published On May 17, 2024

Pul ağacı. Bu qeyri-adi otaq bitkisi haqqında eşitmisinizmi? Razılaşın, təxəyyülünüzdə dərhal budaqları böyük əskinaslarla bəzəkli olan bir çiçək canlanır. Əlbəttə ki, belə deyil. Pul ağacı zənginliyin simvolu hesab olunur. Çünki onun sıx, yuvarlaq yarpaqları pul sikkələrinə bənzəyir. Çiçək dekorativ görünüşü və tələbkar olmaması ilə çox məşhurdur. Alçaq boyu, qalın gövdəsi və sıx yarpaqları olan ağaca təkcə fərdi evlərdə deyil, həm də, kafe və inzibati idarələrin rəflərində rast gəlmək olar. Yaxınlıqda pul ağacını saxlamaq təhlükəlidirmi və ya əksinə, təcili ondan birini almaq lazımdırmı? Bu suallara cavab axtaraq.

Pul ağacının təsviri və növləri
Onun əsl adı Latın dilində Crassula ovata kimi səslənir. Tərcümədə “kök” deməkdir. Yarpaqları nəmi su kimi özündə depolayır, beləliklə də, bitki quraqlığa davamlı olur. Pul ağacı sukkulent bitki olub, 300-dən çox oxşar qohumun olduğu Crassulaceae cinsinə aiddir. Pul ağacı uzaq Cənubi Afrikadan gəlir. Yaxşı qulluq ediləndə ildə 10 sm böyüyür, nəticədə, boyu 1,5 metrə qədər çata bilir. Yeri gəlmişkən, bu bitki, çox uzun müddət yaşayır: 100 ilə qədər. Evdə pul ağacı yetişdirmək üçün bir neçə növ uyğun gəlir.
1. Hobbit. Xeyr, bu, məşhur kitabın qəhrəmanı deyil, Crassula ovata cinsinin nümayəndələrindən biridir. Zahirən kiçik, səliqəli bonzaya bənzəyir. Zümrüd rəngli yarpaqları boru şəkillidir və uclarında qırmızı çalarlar var. 8 sm-ə qədər böyüyə bilər.
2. Gollum. Bu Hobbit həmcinsi daha çox uzun, ətli yarpaqları olan kiçik kolluğa bənzəyir. Yayda yarpaqlarının ucları qızarır. Hündürlüyü 50 sm-ə qədər böyüyə bilər.
3. Crosbys kompakt. Qırmızı yarpaqları ilə xoş görünüşə malik, 30 sm-ə qədər boyu olan çiçəkdir. Yaşama müddəti 30-40 ildir.

Pul ağacının tarixi.
Gəlin, pul ağacının tarixinə nəzər salaq. Axı onun haqqında inanılmaz söz-söhbətlər və əfsanələr var. Afrikadan olan bu bitki orta əsrlərdə Yaxın Şərqdən gələn tacirlərin sayəsində Avropalı evdar qadınların sevimlisinə çevrildi. 17-ci əsrdə onun haqqında bağbanlar üçün təlimat kitabları da yazıldı.

Nə üçün pul ağacı firavanlıq simvolu hesab olunur?
Əfsanələrdən birində deyilir ki, yoxsulluqdan ümidsizliyə qapılan bir adam vəziyyətini yaxşılaşdırmaq üçün tanrılara uzun-uzun dua edirdi. Bu zaman qəfildən xəfif külək əsdiyini hiss etdi və ayaqlarının altında pul ağacının yarpaqlarını gördü. Bunu ilahi işarə kimi qəbul edən kasıb adam satış üçün pul ağacı yetişdirməyə başladı və beləliklə, varlandı. Çin xalqının pul ağacına xüsusi münasibəti var. Han sülaləsindən bəri, çinlilər kiçik, lakin güclü ağacın işdə uğur, yüksəliş gətirəcəyinə inanırlar. Onu hətta “qızıl ağac” adlandırırlar. Asiya mədəniyyətinin tarazlıq və harmoniya prinsiplərinə uyğun olduğuna görə, möhkəm xarakteri, sulu yaşıl yarpaqları sayəsində qitədə ehtiram görür.



Pul ağacı ilə əlaqədar bir neçə inanc var:
1) Yarpaqlar tökülürsə, böyük maliyyə xərci olacaq;
2) Ağac çiçəklənirsə, bitkinin evdə özünü yaxşı hiss etməsi düşünülür. Demək, həmin evdə paxıllıq, mübahisələr və qarşılıqlı təhqirlər yoxdur, rahat bir atmosfer hökm sürür;
3) İnanılır ki, maaş günündə çiçəyin yanında qəpikləri silkələsəniz, evdə bolluq olacaq;

Pul ağacının müalicəvi xüsusiyyətləri.
Ailənin rifahını gücləndirməklə yanaşı, pul ağacı müalicəvi xüsusiyyətlərinə görə də, sevilir və qiymətləndirilir. Təbiblərin fikrincə, pul ağacı, hətta məşhur aloedən də geri qalmır. Söhbət zərərli mikrobları və bakteriyaları öldürən fitonsidlərin mövcudluğundan gedir. Uçucu maddələrlə-fitonsidlərlə zəngin havanı udan insanın yoluxucu xəstəliklərə tutulma riski azalır, qan dövranı və ürək döyüntüsü normallaşır. Bitkinin belə gözəl xüsusiyyətləri ev sakinlərinin yuxusuna, fəaliyyətinə və təbii ki, əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Yeri gəlmişkən, belə bir inanc da var ki, pul ağacı sahibi üçün, bir növ, sağlamlıq göstəricisidir. Evdə xəstə bir insan varsa, bitki qurumağa başlayır. Sanki xəstəliyin bir hissəsini özünə çəkir. Ancaq xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra yarpaqlar yenidən güclü və təzə olur.
Xalq təbabətində pul ağacı yarpaqlarının ləti antibakterial və virus əleyhinə xüsusiyyətlərinə görə, yüksək qiymətləndirilir. Həmçinin, pul ağacı aşağıdakı xüsusiyyətlərə malikdir:
1) ağrıkəsici;
2) dezinfeksiyaedici;
3) antifunqal;
4) yumşaldıcı;
5) bərpaedici;

show more

Share/Embed