Qaraqan — Ekzistensial
QARAQAN QARAQAN
115K subscribers
103,599 views
6.5K

 Published On Jul 19, 2024

Qaraqanın "Ekzistensial" mahnısında müxtəlif şəhərlərdəki gənclərin ekzistensial krizisləri, məna axtarışları və xaotik həyat tərzləri təsvir edilir. Mahnıda gənclərin müxtəlif həyat tərzləri və yanaşmalarına baxmayaraq, əsas suallar — həyatın mənası və məqsədi — eyni qalır. Bəzi gənclər bu məna boşluğunu içki, seks və dəb ilə doldurmağa çalışır, digərləri isə yaradıcılıq və kitablar vasitəsilə axtarışa çıxır. Nəticədə, müxtəlif ideologiyalar və yanaşmalar Mədrəsə adlandırılan qeyri-müəyyən bir məvhumda birləşir. Mədrəsənin nə olduğu açıq şəkildə bəlli deyil.
Ən sonda, Qaraqan ilə ixtiyari bir dinləyici arasında baş verən dialoq onların bir-birini heç anlamadığını göstərir. Bu dialoq, fərqli dünyagörüşləri və ekzistensial axtarışlar arasındakı dərin anlaşılmazlığı vurğulayır.

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/birinci-derece/

Instagram
  / qaraqanmusic  

Spotify
https://open.spotify.com/artist/6913K...

X
  / qvrvqvn  

İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe

Rəsmi saytımız:
https://qaraqan.org

***

Vərəqləyir Sartrı [1]
Yuxusuz gecələrin sayını artırır
Jack Daniels [2] ilə beynindəki dialoq
Dofaminə [3] dəyişir xoşbəxtliyin edir barterin [4]
Do, fa, mi, yeni bəstəsi dahi
Yenə sabah durub deyəcək “elə-belə”
Deyil Dali [5], amma fırçasın hərdən ağ kətanlara batırır

Starbucks, Netflix, fast food, tennis
Gecələr “Barlar Sokağı”, cover, Elvis [6]
Kəmərdən aşağı comedy — “pussy” ya penis [7]
Nə tapdı doldurur içinə, bəlkə bu qaytara həyatın dadını
Hər səhər qəlbində yeni bir ölmüş ümidin meyidi tapılır

Bura Berlin, NYC
Bura miqren [8] , yaş otuz
Bura Taksim, gecə vapur [9]
Bura Bakı, içi bumbuz
Bura Madrid, bura Moscow
Abu Dhabi, dance go go [10]
Durum acil, 911
2% bura low mode [11]
Bura Belis, bura Paris
Bura offline, bura SoHo [12]
Yarı okey, yarı fucked up [13]
Elə belə, bura so-so [14]
Bura dolu neçə milyon
Amma gedir hamı yolu solo
Kimi sağçı, kimi solçu, kimi nazi, kimi all those [15]

Sözlərim qıcıqlandırır
Çünki dəyər verdiyin hər şeyi kiçikləndirir
Lap de buna jazz, amma yanacaq “cız”
Eləyəcək için, necə içi təndirin
Dediklərim doğru — bunu çoxu içində bilir
Yalanın dünyası ona görə həqiqəti çoxu içində sevir
İçi qəbiri, demədiyi sözlərin içi qəbiri
Nəyi gətirdim, heç bilmirsiz sizə nəyi gətirdim
De, nəyi gətirdin?
Mədrəsədə gözlər çıxacaq kəlləyə
Çıxacan Kəllə-Kəlləyə [16] ?
Yox, Mədrəsədə gözlər çıxacaq kəlləyə
Nəyə?
Sənin gözlərin çıxacaq Mədrəsədə kəlləyə
Niyə?
Çünki həqiqəti böldüm Dərəcələrə [17]
Necə?

(skit)
Ay qağa, sən nəsə deyirsən, heş zad başa düşmürüy, sən nə deməy istiyirsən?

Bura Berlin, NYC
Bura miqren, yaş otuz
Bura Taksim, gecə vapur
Bura Bakı, içi bumbuz
Bura Madrid, bura Moscow
Abu Dhabi, dance go go
Durum acil, 911
2% bura low mode
Bura Belis, bura Paris
Bura offline, bura SoHo
Yarı okey, yarı fucked up
Elə belə, bura so-so
Bura dolu neçə milyon
Amma gedir hamı yolu solo
Kimi sağçı, kimi solçu, kimi nazi, kimi all those

[1] Jan Pol Sartr (Jean-Paul Sartre), XX əsrin ən nüfuzlu fransız filosoflarından biridir. Sartr ekzistensializm fəlsəfəsinin ən tanınmış nümayəndələrindən biri hesab olunur.
Burada QQ xəyali bir gəncin özünü axtarışlarla məşğul olduğunu bildirir.
[2] Jack Daniel's məşhur bir Amerika viski markasıdır.
[3] Dopamin beyində zövq və motivasiyanı tənzimləyən, hərəkətlərin koordinasiyasında rol oynayan, öyrənmə və yaddaşa kömək edən, həmçinin ruh halını və davranışları təsir edən mühüm bir neyrotransmitterdir.
Burada eyni gənc və ya başqa birisi içki ilə beynində danışır. Həqiqi xoşbəxtlik hissini içkidən gələn Dofamin həzzinə dəyişir.
[4] Barter, mal və xidmətlərin pul istifadə etmədən bir-birinə dəyişdirildiyi bir ticarət sistemidir. Məsələn, bir şəxs bir məhsulu digər bir məhsulla dəyişdirə bilər. Bu sistemdə tərəflər bir-birinin ehtiyaclarını qarşılamaq üçün məhsul və ya xidmətləri mübadilə edir.
[5] Salvador Dalí, İspan sürrealist rəssamıdır. O, 1904-1989-ci illərdə yaşamışdır. Dalí həmçinin qeyri-adi və bəzən provokativ tərzi ilə, geniş spektrdə yaradıcılıq fəaliyyətləri ilə — rəssamlıq, heykəltəraşlıq, yazı və dizayn — məşhurdur.
QQ daha bir gənci təsvir edir, bu gənc isə öz yaradıcılığından gah razıdır, gah narazı. Gah ciddi məşğul olur, gah atır.
[6] Elvis Presley, ABŞ-ın məşhur müğənnisi və aktyorudur. 1935-1977-ci illərdə yaşamışdır və "Rock and Roll Kralı" olaraq tanınır.

Daha ətraflı burada: https://qaraqan.org/ekzistensial/

show more

Share/Embed