Prezident Cəbrayılın Horovlu kəndində evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu
Baku TV Baku TV
1.16M subscribers
705 views
32

 Published On Oct 4, 2024

Prezident Cəbrayılın Horovlu kəndində evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.
Kəndin təməli 2023-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm...

https://t.me/bakutvxeber
  / baku.tv  
  / bakutvofficial  
https://www.baku.tv

ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI  

QAPQARA ➧    • QAPQARA  

AYDIN TARİX ➧    • AYDIN TARİX  

ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?  

O VAXTLAR ➧    • O VAXTLAR  

SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD  

BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK  

BAKU MED ➧    • BAKU MED  

RƏSMİLƏR ➧    • RƏSMİLƏR  

BAKU AKTUAL ➧    • BAKU AKTUAL  

RETRO BAKU ➧    • RETRO BAKU  

ARAŞDIRMA ➧    • ARAŞDIRMA  

44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA  

QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI  

QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI  

Prezident Cəbrayılın Horovlu kəndində evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu

2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™





#bakutv #prezident #cəbrayıl #ilhaməliyev #horovlukəndi #ev #obyekt #tikintiişləri #birincixanım #mehribanəliyeva #prezidentsəfərdə

show more

Share/Embed